Ayan Allahverdiyeva AVRO-da vahid lider olub

Xəbərlər
9 Sentyabr 2023 10:10
81
Ayan Allahverdiyeva AVRO-da vahid lider olub

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Mamayyada (Rumıniya) keçirilən gənclər arasında Avropa çempionatının vahid lideri olub.

İdman.biz xəbər verir ki, ötənilki dünya çempionatının gümüş mükafatçısı 100 faizlik nəticə nümayiş etdirməkdə davam edir. Yaşı 18-dən aşağı olan qadın şahmatçılar arasında mübarizə aparan Allahverdiyeva dördüncü turda qara fiqurlarla polşalı Martina Vikardan üstün olub. O, 4 xal toplayaraq liderliyini möhkəmləndirib.

Digər şahmatçılarımız da itkisiz irəliləyir.

U-12 turnirində cədvələ Səadət Bəşirli başçılıq edir, U-14 turnirində isə Lalə Hüseynova lider qrupdadır.

Zəki Feyzullayev

İdman.biz