Vladimir Çuçelov şahmatçılarımızla işləyəcək – FOTO

Xəbərlər
23 Fevral 2024 19:41
Vladimir Çuçelov şahmatçılarımızla işləyəcək – FOTO

Azərbaycan Şahmat Federasiyasının dəvəti ilə şahmat dünyasında tanınmış mütəxəssis Vladimir Çuçelov Bakıda gənc şahmatçılar üçün təşkil olunacaq bir həftəlik təlim-məşq toplanışına rəhbərlik edəcək.

İdman.biz xəbər verir ki, o, hazırlığın sonunda hər bir şahmatçı barədə AŞF-yə rəy təqdim edəcək.

Bundan sonra federasiya rəhbərliyi Vladimir Çuçelovla əməkdaşlığın müddəti dəqiqləşdirəcək. Gənclərdən ibarət komandanın şahmatçılar üçün təşkil edilən təlim-məşqin ilk günündə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov da iştirak edib. AŞF rəhbəri bundan sonra da şahmatçılara lazımi bütün şəraitin yaradılacağını bildirib.

Qeyd edək ki, tanınmış mütəxəssis Vladimir Çuçelov uzun illər dünyanın ən reytinqli şahmatçılarıyla işləyib, onların inkişafında yaxından iştirak edib. Müxtəlif illərdə Çuçelov Teymur Rəcəbov, Fabiano Karuana, Aniş Giri, Vidit Qucrati, Hou İfan kimi tanınan şahmatçıların məşqçisi olub. Mütəxəssis 2014-cü ildə Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.

İdman.biz