Şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının sabiq üzvü Zeynəb Məmmədyarova paytaxtımızda təşkil edilən “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalında fəxri qonaq qismində iştirak edir.
Bu barədə İdman.Biz-ə Zeynəb Məmmədyarova özü açıqlama verib.
Veteran şahmatçı bildirib ki, “Baku Open 2026” turnirində onun ailə üvzləri qatılıblar.
“Mən hər zaman şahmatçılarımıza dəstək verirəm. Turnirdə bacım Türkan Məmmədyarova və onun oğlu Atlilla iştirak edir”, - deyə Zeynəb Məmmədyarova söyləyib.
Zeynəb Məmmədyarova hər iki ailə üzvündən uğurlu nəticə gözlədiklərini bildirib.
