Hindistanlı Vayşali Rameşbabu İddiaçılar Turnirinin qalibi olub

15 Aprel 2026 22:04
190
Hindistanlı Vayşali Rameşbabu İddiaçılar Turnirinin qalibi olub

24 yaşlı hindistanlı şahmatçı Vayşali Rameşbabu Kiprdə keçirilən 2026-cı il Qadınlar arasında İddiaçılar Turnirinin qalibi olub.

İdman.Biz bildirir ki, Rameşbabu yarışın sonuncu turunda rusiyalı Katerina Laqnonu məğlub edib.

Bu qələbə ilə Vayşali Rameşbabu 8,5 xal toplayaraq turnir cədvəlində Qazaxıstan şahmatçısı Bibisara Asaubayevanı geridə qoyub. Asaubayeva final mərhələsində hindistanlı Divya Deşmuxla heç-heçə etdi və turniri səkkiz xalla başa vurub.

2026-cı il Qadınlar arasında İddiaçılar Turniri 28 mart - 16 aprel tarixlərində Kiprin Peyya şəhərində keçirilir. Vayşali Rameşbabu şahmat tacı uğrunda hazırkı dünya çempionu çinli Tszyu Ventszyunla yarışacaq.

İdman.Biz