Özbəkistanlı şahmatçının “Counter-Strike” sevgisi

15 Aprel 2026 17:46
339
Özbəkistanlı şahmatçının “Counter-Strike” sevgisi

Özbəkistanlı şahmatçı Cavohir Sindarov “Counter-Strike” kompüter oyunları seriyasına olan marağından bəhs edib.

İdman.Biz xəbər verir ki, gənc qrossmeyster bir vaxtlar şahmatdan daha çox kompüter oyununa vaxt ayırdığını etiraf edib.

"Digər uşaqlar gündə 10 saat şahmatla məşğul olduğu halda, mən hər gün vaxtımı “Counter-Strike”a sərf edirdim. 2019-cu ildə qrossmeyster olanda belə, hər gün 2-3-4 saatımı ayırırdım. Karantin dövrü mənə çox kömək etdi: həmin vaxt “Counter-Strike” oynamaqdan həqiqətən yoruldum və anladım ki, artıq şahmata qayıtmaq vaxtıdır. Karantindən sonra çox ciddi şəkildə çalışmağa başladım və həyatım dəyişdi", – deyə Sindarov bildirib.

Qeyd edək ki, 20 yaşlı şahmatçı iddiaçılar turnirində vaxtından əvvəl qalib gəlib və yaxın zamanda şahmat tacı uğrunda mübarizə aparacaq.

İdman.Biz