İyirmi yaşlı özbək qrossmeysteri Cavohir Sindarov Kiprin Peyya şəhərində keçirilən 2026-cı il İddiaçılar Turnirində sona bir tur qalmış qalib olub.
İdman.Biz xəbər verir ki, yarışın 13-cü turunda Sindarov qara fiqurlarla oynayıb və əsas rəqiblərindən biri olan niderlandlı Aniş Giri ilə heç-heçə etdi. Cavohir artıq xalını 9,5-ə çatdırıb.
2026-cı il İddiaçılar Turnirinin son, 14-cü turu titul yarışında formal olacaq, çünki Sindarovun rəqiblərinin onu liderlikdən uzaqlaşdırmaq üçün nəzəri şansı yoxdur.
2026-cı il İddiaçılar Turnirində qalib gələn Sindarov rəsmi olaraq dünya şahmat tacı uğrunda görüşdə Hindistandan olan 19 yaşlı Qukeş Dommaracu ilə qarşılaşacaq.
