Azərbaycan Şahmat Federasiyası yeni loqosunu təqdim edib - FOTO

22 May 2026 12:12
183
Azərbaycan Şahmat Federasiyası yeni loqosunu təqdim edib - FOTO

Bu gün Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat konfransı çərçivəsində federasiyanın yeni loqosu ictimaiyyətə təqdim edilib.

İdman.Biz xəbər verir ki, təqdimat zamanı loqonu AŞF-nin baş katibi İlahə Qədimova təqdim edib.

O bildirib ki, yeni loqo şahmatın fəlsəfəsini və ölkədə bu idman növünün inkişafını əks etdirir.

Yeni vizual kimlik federasiyanın yenilənmə prosesinin bir hissəsi kimi nümayiş olunub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da yeni loqoya münasibət bildirib. Nazir loqonu bəyəndiyini qeyd edib və onun federasiya üçün uğurlu və düşərli olmasını arzulayıb.

Bundan əlavə, konfrans zamanı federasiyanın yenilənmiş veb-saytının da təqdimatı baş tutub.

Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi Raul Quliyev bildirib ki, federasiyanın saytına yeni funksional imkanlar əlavə edilib. O qeyd edib ki, ana səhifədə ölkənin şahmat xəritəsi və şahmat məktəbləri əks olunub.

“Saytda daxili yarışlar, təsnifat turnirləri və beynəlxalq yarışlar barədə məlumatlar yerləşdiriləcək və mütəmadi olaraq yenilənəcək”, - deyə o əlavə edib.

FOTO: İslam Atakişiyev

İdman.Biz