Fərid Qayıbov şahmatçıların uğurlarını yüksək qiymətləndirib

22 May 2026 11:43
142
Fərid Qayıbov şahmatçıların uğurlarını yüksək qiymətləndirib

“Şahmatçılarımızın uğurlarına sevinməmək mümkün deyil”.

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat konfransında çıxışı zamanı deyib.

Nazir son dövrlərdə Azərbaycanda şahmatın sürətlə inkişaf etdiyini vurğulayıb.

“Şahmatçılarımızın uğurlarına sevinməmək mümkün deyil. Ölkə başçısı, Prezident İlham Əliyevin idmana, o cümlədən şahmata göstərdiyi diqqət və qayğı göz qabağındadır. Onun dəstəyi sayəsində idmançılarımız beynəlxalq arenalarda uğurları sıralayırlar”, - deyə Fərid Qayıbov bildirib.

O, həmçinin Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun fəaliyyətini də yüksək qiymətləndirib:

“Təbii ki, Mahir Məmmədovun da əməyini qeyd etməmək olmaz. O, çox çalışır və Azərbaycan şahmatının inkişafı üçün əlindən gələni edir”, - nazir əlavə edib.

İdman.Biz