Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır

Xəbərlər
29 Dekabr 2023 12:12
118
Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır

Bu gün Özbəkistanın Səmərqənd şəhərində şahmatın blits növü üzrə dünya çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, mundialda Azərbaycan 17 şahmatçı ilə mübarizə aparacaq.

1 milyon dollar mükafat fondu olan yarışda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Vüqar Əsədli, Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova, Gülnar Məmmədova və Xəyalə Abdulla lövhə arxasına keçəcək.

Yarışda kişilər arasında 11, qadınlar arasında isə 7 tur keçiriləcək.

Qeyd edək ki, həm rapid, həm də blits üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsendir. O, bir gün öncə rapiddə hələ də dünyanın ən iti zəkaya sahib olduğunu nümayiş etdirib və qızıl medal qazanıb.

İdman.biz

Məqalədə: