17 şahmatçımız 1 milyon dollarlıq dünya çempionatında

Xəbərlər
26 Dekabr 2023 09:51
178
17 şahmatçımız 1 milyon dollarlıq dünya çempionatında

Bu gün Özbəkistanın Səmərqənd şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, mundialda Azərbaycan 17 şahmatçı ilə təmsil olunur.

1 milyon dollar mükafat fondu olan yarışda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Vüqar Əsədli, Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova, Gülnar Məmmədova və Xəyalə Abdulla lövhə arxasına keçəcək.

Turnirin ilk günündə rapid üzrə kişilər hərəyə beş, qadınlar isə dörd tur keçirəcək.

Yarışda 203 kişi, 121 qadın şahmatçı çıxış edəcək.

Qeyd edək ki, həm rapid, həm də blits üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsendir.

İdman.biz

Məqalədə: