“Azərbaycan Prezident İlham Əliyevin şahmata dəstəyi danılmazdır. İdmançılara göstərilən diqqət və qayğı nəticəsində uğurlar əldə olunur”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının (AŞF) ilin yekunları ilə bağlı təşkil edilən tədbirində deyib.
O, AŞF-nin bu il böyük uğurlar qazandığını bildirib:
“İdmanda ənənələri qoruyub saxlamaq asan deyil. Bu il kişi və qadınlardandan ibarət milli komandalarımız beynəlxalq arenada uğurla çıxış etdilər. İnanıram ki, bu uğurların davamı gələcək”.
Ətraflı videoda:
