İspaniyanın Linares şəhərində Qadınlar arasında şahmat üzrə dünya komanda çempionatının qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.
İdman.Biz bildirir ki, Azərbaycan komandası İspaniya ilə üz-üzə gəlib.
Qarşılaşma təmsilçilərimizin 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, A qrupunda mübarizə aparan Azərbaycan 4 xalla dördüncü olub. Bu nəticə ilə Azərbaycan 1/4 finala yüksəlib və bu raundda Gürcüstanla qarşılaşacaq.
Digər ¼ final oyunlarında FIDE Gürcüstanla, ABŞ Çinlə, Qazaxıstan isə Hindistanla oynayacaq.
Qarşılaşmalar noyabrın 21-də olacaq.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq.
