Gənc boksçularımız Çexiyada Avropa çempionluğu üçün rinqə çıxacaqlar

Xəbərlər
25 Sentyabr 2025 17:53
43
Gənc boksçularımız Çexiyada Avropa çempionluğu üçün rinqə çıxacaqlar

Sentyabrın 30-da Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev, məşqçilər Yadigar Məmmədov və Elvin Məmişzadə U-19-ların mübarizəsində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq), Rza Rzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcəklər.

Qızlardan ibarət millinin məşqçisi Anar Baxışovun rəhbərliyi altında isə rinqə Banuçiçək Nəsirli (48 kq) və İlkanə Əhmədova (+80 kq) çıxacaqlar.

Avropa çempionatında referilər sırasında beynəlxalq dərəcəli hakim Rövşən Qədirov da iştirak edəcək. Komanda yarışa Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərliyi altında yollanacaq.

Qeyd edək ki, Avropa çempionatının püşkü sentyabrın 29-da atılacaq.

İdman.biz