Yaponiyada eyni turnirdə döyüşən iki boksçu dünyasını dəyişib

Xəbərlər
10 Avqust 2025 13:17
50
Yaponiyada eyni turnirdə döyüşən iki boksçu dünyasını dəyişib

Yaponiyanın paytaxtı Tokioda keçirilən boks turnirində faciə baş verib.

İdman.biz xəbər verir ki, eyni turnirdə ölümcül xəsarətlər alan yapon boksçuları Hiromasa Urakava və Şiqetoşi Kotari bir neçə gün fərqlə vəfat ediblər.

Ümumdünya Boks Təşkilatının (WBO) məlumatına görə, 28 yaşlı Urakava avqustun 2-də Yoji Saito ilə döyüşün səkkizinci raundunda nokauta düşüb. O, bir həftə sonra dünyasını dəyişib. Bir gün əvvəl isə 28 yaşlı Kotari rinqdə aldığı zədədən sonra ölüb.

WBO həyatını itirən boksçuların ailələrinə, dostlarına və Yaponiya boks ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Urakava karyerası ərzində keçirdiyi 14 döyüşün 10-da qalib gəlib, 4-də məğlub olub. O, aprel ayında Kotari ilə üz-üzə gəlib. Qarşılaşmanın altıncı raundunda Urakava rəqibini nokautla məğlub edib.

İdman.biz