Boksçumuz “Brandenburq kuboku”nun finalında

Xəbərlər
2 Avqust 2025 10:32
79
Boksçumuz “Brandenburq kuboku”nun finalında

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku”nda yarımfinal mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kq) da rinqə çıxıb.

O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.

İdman.biz