Avropa birinciliyi: 4 boksçumuz finala, 6-sı yarımfinala yüksəlib - FOTO

Xəbərlər
14 İyul 2025 12:30
61
Avropa birinciliyi: 4 boksçumuz finala, 6-sı yarımfinala yüksəlib - FOTO

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisinin 4 qız idmançısı finala vəsiqə qazanıb.

Boksçularımızdan Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) iyulun 15-də həlledici görüşlərə çıxacaqlar.

Digər milli üzvlərindən Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) yarımfinalda məğlub olduqları üçün birinciliyi bürünc medalla başa vurublar.

Avropa birinciliyi
1/2 final

Əminə Tağı (50 kq) – Dominika Vnukova (Slovakiya) – boksçumuz tam üstünlüklə qalib gəlib
Cəmilə Muradlı (52 kq) – Liana Jamharyan (Ermənistan) – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27)
Fidan Bəkərova (63 kq) – Asya Turkoviç (Bosniya və Herseqovina) – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27)
Səma Abbasova (66 kq) – Mariya Dovqopol (Moldova) – boksçumuz tam üstünlüklə qalib gəlib

Qeyd edək ki, oğlan boksçular arasında yarımfinal görüşləri bu gün keçiriləcək. Finala vəsiqə uğrunda 6 idmançımız mübarizə aparacaq.

İdman.biz