Keçmiş UFC çempionu, kamerunlu döyüşçü Frensis Nqannu ağır çəkidə hazırkı WBC dünya çempionu britaniyalı Tayson Fyuri ilə boks görüşü şərh edib. İdman.biz-in məlumatına görə, döyüş on raund davam edib və hakimlərin qərarı ilə Fyurinin qalib gəlməsi ilə yekunlaşıb.
“Özümü əla, fantastik hiss edirəm. Mənə bu fürsəti verdiyiniz üçün hər kəsə təşəkkür edirəm. Döyüşməyi bacardığımı göstərdim. Döyüşməyə hazıram, daha yaxşı döyüşə bilərəm. Bu mənim ilk döyüşüm, böyük təcrübəm idi. Mən daha güclü qayıdacağam. Bu oyunun dadını hiss etdim. İndi mən bunu necə edəcəyimi bilirəm, hazıram”, - Nqannu döyüşdən sonra deyib.
Fyuri üçün bu qələbə onun peşəkar rinqdə 34-cü qələbəsi olub. Onun bir məğlubiyyəti var. Nqannu isə boksda debüt döyüşünü keçirib.
İdman.biz