2 boksçumuz dünya birinciliyində medalı təmin edib

Xəbərlər
29 Oktyabr 2024 22:49
161
2 boksçumuz dünya birinciliyində medalı təmin edib

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinin görüşlərinə start verilib.

İdman.biz xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 2 idmançısı adını yarımfinala yazdırıb.

Bilalhəbaşi Nəzərov (48 kq) Angel Sober Ruislə (Kuba) qarşılaşıb. Boksçumuz rəqibini 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Osman Çadqurla (Mərakeş) üz-üzə gələcək.

Əli Abdullayev (63,5 kq) də 1/4 final görüşünü qələbə ilə başa vurub. O, Emmanouil Fotiadisdən (Yunanıstan) üstün olub – 5:0 (28:27, 29:26, 28:27, 28:27, 29:26). Abdullayev növbəti qarşılaşmasında Camel Cemmalla (Fransa) gücünü yoxlayacaq.

Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, sabah daha 4 boksçumuz 1/4 final qarşılaşmasına çıxacaq.

İdman.biz