Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək

3 Sentyabr 2026 18:10
101
Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək

Qız və qadın boksçulardan ibarət Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start verib. Hazırlıqlar baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Bakıda keçirilir.

İdman.Biz xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan beynəlxalq toplanışda yığmalarımızla yanaşı, Türkiyə və Belarus milliləri də iştirak edəcəklər. Komandalar gündə 2 dəfə məşqə çıxacaq, yekunda sınaq döyüşlərində güclərini yoxlayacaqlar. 30-dək boksçunun qatılacağı toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

Birgə məşqlər sentyabrın 14-də yekunlaşacaq.

Qeyd edək ki, türkiyəli boksçular toplanışa sentyabrın 5-də qoşulacaqlar.

İdman.Biz