Azərbaycan boksçusu Avropa kubokuna qələbə ilə başlayıb

Xəbərlər
9 Oktyabr 2023 10:20
153
Azərbaycan boksçusu Avropa kubokuna qələbə ilə başlayıb

Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.

İdman.biz xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü türkiyəli Batuhan Ciftçini mübarizədən kənarlaşdırıb.

O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də olacaq.

Rauf Rəhimov (92 kq) isə Emmanuel Reyeslə (İspaniya) qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz yarışla vidalaşıb.

Qeyd edək ki, 29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokunun ikinci günü Azərbaycanın 3 idmançısı rinqə çıxacaq.

İdman.biz