Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionatında qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən milli komandanın üzvü Sofiyada (Bolqarıstan) keçirilən yarışın finalında Bair Batlayevə (Rusiya) qalib gəlib.
Dünya çempionu və U-23 Avropa birinciliyinin qalibi olan Məmmədov hər üç raundu öz xeyrinə başa vuraraq 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb.
Səidcamşid Cəfərov (75 kq) da finala vəsiqə qazanıb. Dünya çempionatının mükafatçısı yarımfinalda Kalum Meykini (İngiltərə) 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Cəfərov sabah final döyüşündə İsmayıl Mutsolqovla (Rusiya) qarşılaşacaq.
Azərbaycanın daha bir nümayəndəsi Amin Məmmədzadə (55 kq) isə Avropa çempionatını bürünc medalla başa vurub.
16:03
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən böyüklər arasında Avropa çempionatında Azərbaycan boksçusu Amin Məmmədzadə bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Rusiya təmsilçisi Vyaçeslav Roqozinlə qarşılaşıb.
Görüşün nəticəsində Amin Məmmədzadə yarışı bürünc medalla başa vurub.
11:31
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən böyüklər arasında Avropa çempionatında Azərbaycan boks millisinin üzvləri mübarizəni davam etdirirlər.
İdman.Biz xəbər verir ki, Amin Məmmədzadə (55 kq) yarımfinalda Rusiya təmsilçisi Vyaçeslav Roqozinlə qarşılaşacaq. Görüş saat 14:30-da A rinqində başlayacaq.
Sübhan Mamedov qızıl medal uğrunda bu gün saat 19:00-da Bair Batlayevlə (Rusiya) qarşılaşacaq.
Nəbi İsgəndərov isə finalda sentyabrın 25-də Sergey Koldenkovla (Rusiya) üz-üzə gələcək.
Səidcəmşid Cəfərov (75 kq) da yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. O, finala vəsiqə uğrunda bu gün saat 19:00-da İngiltərə təmsilçisi Kalum Meykinlə qarşılaşacaq.
