Fransalı 17 yaşlı boksçu Kilian Binard bıçaqlanaraq öldürülüb.
İdman.biz xəbər verir ki, hadisə Normandiya əyalətində Sible şəhərində yerləşən gecə klublarının birinin qarşısında yaşanıb.
Kliianı qətlə yetirən 24 yaşlı şəxs gecə klubunun mühafizəçiləri tərəfindən yaxalanaraq polisə təhvil verilib. Şübhəli şəxs Binardla əlbəyaxa olduqdan sonra bir neçə dəfə onu boğaz və kürək nahiyəsindən bıçaqlayıb. Gənc idmançıya anında yardım göstərilsə də onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Binard Saint-Lois boks klubunun boksçusu olub. O, Normandiya əyalətinin çempionu olub.
İdman.biz