Tayson Fyuri sərxoş vəziyyətdə bardan qovulub - VİDEO

Xəbərlər
11 İyun 2024 12:04
1 464
Tayson Fyuri sərxoş vəziyyətdə bardan qovulub - VİDEO

Böyük britaniyalı boksçu Tayson Fyuri növbəti dəfə qalmaqalın iştirakçısı olub.

İdman.biz xəbər verir ki, sosial şəbəkələrdə onun sərxoş vəziyyətdə yaşadıqlarını əks etdirən video yayılıb.

Hadisə Böyük Britaniyanın Morkam şəhərindəki barlardan birində baş verib. Fyuri çox sərxoş olub və mühafizəçilər onu müəssisədən kənarlaşdırıblar. Boksçu küçədə dizləri üstə sürünüb, onun başı işıq dirəyinə çırpılıb. Hadisə şahidləri yaşananları videoya çəkərək yayıblar.

Qeyd edək ki, Fyuri (34-1-1, 24-ü nokautla) bir ay əvvəl ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşdə ukraynalı Aleksandr Usikə (22-0, 14 -ü nokautla) uduzub.

İdman.biz

Məqalədə: