Malik Həsənov: “Olimpiadada tarix yazmaq arzusundayam” - VİDEO

Xəbərlər
3 İyun 2024 22:20
793
Malik Həsənov: “Olimpiadada tarix yazmaq arzusundayam” - VİDEO

"Olimpiya lisenziya ilə vətənə qayıtdığım üçün çox sevinirəm".

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Olimpiadasına lisenziya qazanan Azərbaycan boksçusu Malik Həsənov deyib.

O, ll Dünya Olimpiya Təsnifat Turnirində çıxış etdiyi 63,5 kq çəkidə gərgin mübarizə getdiyini bildirib. Malik Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal arzusunda olduğunu qeyd edib: "Lisenziya qazanmaq üçün son təsnifat turniri idi. Mənim çəkimdə 80-ə yaxın ölkənin boksçu yarışırdı. 5 ən güclü idmançı Olimpiadaya vəsiqə qazanacaqdı. Dörd döyüşdə qələbə qazanıb, lisenziya əldə etdim. Turnirə gedərkən qarşıma qoyduğum məqsədə nail oldum. İndi qarşıda növbəti hədəflər durur. Olimpiadada tarix yazmaq, qızıl medal qazanmaq arzusundayam. Məni dəstəkləyən hər kəsə minnətdaram. Xüsusilə federasiya rəhbərliyinə və məşqçilərə təşəkkür edirəm".

Qeyd edək ki, Azərbaycan yığmasının 5 boksçusu Paris-2024 Olimpiadasına lisenziya qazanıb.

İdman.biz