Bakıda fevralın 23-də 17 yaşadək oğlan və qızlar arasında boks üzrə Azərbaycan çempionatı start götürəcək və bu yarış milli birinciliklərin tarixində ən yüksək iştirakçı sayı ilə yadda qalacaq.
İdman.Biz xəbər verir ki, yarışda oğlanlar arasında 14, qızlar arasında isə doqquz çəki dərəcəsində medallar uğrunda mübarizə aparılacaq.
Turnirdə ölkənin müxtəlif şəhər və rayonlarını, eləcə də idman cəmiyyətlərini təmsil edən 82 komanda iştirak edəcək. Ümumilikdə 459 boksçu sifariş olunub ki, onlardan 410-u oğlan, 49-u isə qızdır. Bu göstərici milli çempionatlar üçün yeni rekord hesab olunur. Əvvəlki rekord 2024-cü ildə qeydə alınmışdı - həmin vaxt 74 komanda və 408 idmançı yarışmışdı.
Qaliblərin adları martın 1-də məlum olacaq. Çempionatın supervayzeri Estoniya təmsilçisi Yakov Peterson təyin olunub. Baş hakim funksiyasını azərbaycanlı referi Anar Babanlı yerinə yetirəcək. Döyüşləri yerli hakimlərlə yanaşı, Olimpiya Oyunları və dünya çempionatlarında təcrübəsi olan neytral hakimlər də idarə edəcəklər.
