Azərbaycan boksçusu Moskvada rinqə çıxacaq - VİDEO

23 Fevral 2026 12:26
98
Azərbaycan boksçusu Moskvada rinqə çıxacaq - VİDEO

Bu gün Rusiyanın paytaxtı Moskvada boksçulardan ibarət dünya yığması “Dinamo” ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, döyüşdə milli komandamızın idmançısı Səidcəmşid Cəfərov da rinqə çıxacaq.

O, dünya yığmasının heyətində 75 kq çəki dərəcəsində paytaxt təmsilçisi Yeqor Şapoçanski ilə qüvvəsini sınayacaq.

İdman.Biz