Kubaəsilli boksçumuzun xanımı futbol ulduzlarını tanımadı: əyləncəli oyun maraqla izlənilib - VİDEO

21 Avqust 2026 13:30
83
Kubaəsilli boksçumuzun xanımı futbol ulduzlarını tanımadı: əyləncəli oyun maraqla izlənilib - VİDEO

Azərbaycan Milli Olimpiya komandasının üzvü, tanınmış boksçu Alfonso Dominges və həyat yoldaşı Nigar Alfonso sosial şəbəkə izləyicilərini əyləncəli bir müsabiqə videosu ilə sevindiriblər.

İdman.Biz xəbər verir ki, paylaşımı kubaəsilli boksçumuzun həyat yoldaşı Nigar Alfonso öz “Instagram” səhifəsində yerləşdirib.

Öz evlərində pitssa süfrəsi arxasında çəkilən videoda cütlük sosial şəbəkələrin məşhur effektlərindən birini sınayıb.

Sınağın şərtlərinə əsasən, alında təsadüfi futbolçuların şəkilləri görünür və hər bir tərəf qarşısındakı şəxsin alnındakı futbolçunu tapmağa çalışır. Düzgün tapan tərəf isə mükafat kimi süfrədəki pitssadan bir dilim yemək hüququ qazanır. Maraqlıdır ki, sözügedən əyləncəli yarışda idmançımızın həyat yoldaşı Nigar Alfonsonun futbolla maraqlamadığı məlum olub. Belə ki, Nigar xanım hətta məşhur ulduz futbolçuları tanımaqda çətinlik çəkib. Həmin videonu sizə təqdim edirik:

Səmimi və pozitiv atmosferdə keçən bu şən yarışma sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

İdman.Biz