Azərbaycan boks millisinin üzvü Əli Baxışov Loznitsada keçirilən U-19 Avropa çempionatında finala yüksəlib.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinalda Türkiyə təmsilçisi Furkan Avarla qarşılaşıb.
Görüş Əli Baxışovun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb.
