Floyd Meyvezer və Menni Pakyao sentyabrda revanş döyüşü keçirəcəklər - FOTO/VİDEO

24 Fevral 2026 01:50
113
Floyd Meyvezer və Menni Pakyao sentyabrda revanş döyüşü keçirəcəklər - FOTO/VİDEO

Əfsanəvi boksçular Floyd Meyvezer və Menni Pakyao 19 sentyabr 2026-cı ildə ikinci dəfə döyüşəcəklər.

İdman.Biz bildirir ki, döyüş Las-Veqasdakı “Sphere Arena”da keçiriləcək və Netflix yayım xidmətində bütün dünyaya canlı yayımlanacaq.

Hər iki boksçu bu yaz qarşılaşmadan əvvəl nümayiş döyüşləri keçirəcəklər.

Meyvezer və Pakyao arasında ilk döyüş 2015-ci ilin may ayında baş tutub və amerikalı boksçunun qələbəsi ilə başa çatıb. Bu döyüş boks tarixinin ən gəlirli döyüşlərindən biri olub. Meyvezer televiziya satışları istisna olmaqla 300 milyon dollar, Pakyao isə 150 milyon dollar qazanıb. Döyüşdən əldə edilən ümumi gəlir yarım milyard dolları keçib.

İdman.Biz