Şamil Əsgərov lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb

30 May 2024 10:49
1 033
Şamil Əsgərov lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Şamil Əsgərov çıxıb.

57 kq-da mübarizə aparan boksçu 1/8 final çərçivəsində Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkib. Görüş Əsgərovun qələbəsi ilə yekunlaşıb - 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30).

Boksçumuz 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də olacaq.

Qeyd edək ki, bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.

İdman.biz

Məqalədə: