Zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
21 May 2024 16:52
121
Zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib - FOTO

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, bu qədər yeniyetmənin yarışda iştirakı müsbət məqamdır: “Regionlarda boksun inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir. Artıq 2 ildir zona yarışları keçirilir və bunun nəticəsini görürük. Final mərhələsinin yekununa əsasən Avropa birinciliyində ölkəmizi təmsil edəcək idmançılar seçiləcək. Gələcəkdə həlledici mərhələni bölgələrdə də keçirməyi planlaşdırırıq”.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Dövlət Himni səsləndirildikdən sonra birincilik açıq elan olunub.

Qeyd edək ki, yarışda 56 komandanın 220 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq.

İdman.biz

Məqalədə: