Zona birinciliyinin final mərhələsində 56 komanda

Xəbərlər
21 May 2024 09:41
126
Zona birinciliyinin final mərhələsində 56 komanda

Bu gün boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək.

İdman.biz xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Yarışda 56 komandanın 220 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq.

Döyüşlər bu gün saat 14:00-da start götürəcək. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.

Qeyd edək ki, yarışın baş hakimi Anar Nağdiyev olacaq.

İdman.biz

Məqalədə: