Sofiyada keçirilən boks üzrə Avropa çempionatının son günündə Azərbaycan millisinin iki üzvü qızıl medal uğrunda mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, boksçularımız Nəbi İsgəndərov və Səidcəmşid Cəfərov bu gün Bakı vaxtı ilə saat 18:00-da final döyüşlərinə çıxacaqlar.
70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov proqram üzrə 10-cu döyüşdə rusiyalı Sergey Koldenkovla qarşılaşacaq.
75 kq-da çıxış edən Səidcəmşid Cəfərov isə 11-ci döyüşdə digər Rusiya təmsilçisi İsmayıl Mutsolqovla üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi yarışın son gününə beş təmin olunmuş medalla daxil olub. Sübhan Mamedov artıq qızıl, Amin Məmmədzadə və Məhəmməd Abdullayev bürünc medal qazanıblar. Nəbi İsgəndərovla Səidcəmşid Cəfərov isə finala yüksələrək ən azı gümüş medalı təmin ediblər.
