2-ci MDB oyunlarında daha bir boksçumuz finala çıxdı.
Bu barədə İdman.biz saytının Minskə ezam olunmuş xüsusi müxbiri xəbər verir.
Boksçumuz Fərhad Şeydayev 75 kg çəki dərəcəsində Türkmənistan idmançısı Bəxtiyarov İhlası məğlub edərək finala adını yazdırıb.
Qeyd edək ki, II MDB Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində gerçəkləşir. İdmançılar 20 növdə mübarizə aparır. I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. Azərbaycan 2025-ci ildəki III MDB Oyunlarına ev sahibliyi edəcək.
Rüfət Abdullayev
Minsk