Boksçularımız Çində keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - FOTO

28 Sentyabr 2026 17:36
83
Boksçularımız Çində keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - FOTO

Azərbaycan boksçuları Çində keçirilən böyüklər və gənclər (U-19) arasında beynəlxalq “Kəmər və Yol” turnirində 10 (2-3-5) medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Dünya çempionatına hazırlaşan U-19 yığmasının heyətində Nihat Qasımov (55 kq) və Səftər Məmmədzadə (+90 kq) turnirin qalibi olublar.

Heydər Əzməmmədov (85 kq) gümüş, Əli Baxışov (60 kq), Renat Qiyaslı (80 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər.

Əsas komandamızın heyətində isə Tural Sarıyevlə (55 kq) Sərxan Əliyev (70 kq) ikinci, Zəlimxan Süleymanov (55 kq) və Zaur Qəhrəmanov (65 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, boksçularımız Çində yarışdan öncə 26 ölkənin iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına da qatılıblar.

İdman.Biz