Fyuridən Usikə ilk “zərbə”

Xəbərlər
18 May 2024 00:53
170
Fyuridən Usikə ilk “zərbə”

WBC versiyası üzrə dünya çempionu Tayson Fyuri ilə qarşılaşacaq WBA, IBF и WBO versiyaları üzrə dünya çempionu Aleksandr Usikin çəki mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, səhnədə üz-üzə gələn zaman britaniyalı boksçu ukraynalı həmkarını itələyib.

Bu hadisə tərəflər arasında kiçik insidentə səbəb olub. Çəki mərasimində hər iki boksçu iddialı açıqlamalar verib. Taysonun 118,84 kq, Aleksandrın isə 105,68 kq çəkiyə malik olduğu müəyyənləşib.

Qeyd edək ki, “İlin döyüşü” adlandırılan görüş bu gün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.

İdman.biz