“Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirində 5 ölkə iştirak edəcək

Xəbərlər
12 May 2024 17:53
130
“Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirində 5 ölkə iştirak edəcək

Mayın 13-də yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirinə start veriləcək.

İdman.biz xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Qazaxıstan, Belarus, Gürcüstan və Qırğızıstan yığmaları iştirak edəcəklər. 116 idmançının qatılacağı “Heydər Əliyev kuboku-2024″ün final görüşləri mayın 18-də olacaq.

Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 71 yeniyetməni sınaqdan keçirəcək.

Yarışın ilk günü saat 14:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2024″ün supervayzeri Petr Vinnik (Belarus), baş hakimi Anar Babanlı olacaq.

İdman.biz