Monteneqronun Budva şəhərində start götürən 19 yaşadək boksçular arasında dünya çempionatının ilk günündə Azərbaycan millisinin iki üzvü qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Nihat Qasımov 1/32 finalda Qırğızıstan təmsilçisi Nursultan Duşonalıyevlə qarşılaşıb. Azərbaycanlı boksçu rəqibini 3:2 hesabı ilə məğlub edib.
Qasımov oktyabrın 18-də növbəti görüşünü ilk mərhələdən azad olan kanadalı Arjanpal Hundalla keçirəcək.
90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Səfdər Məmmədzadə isə 1/8 finalda Kirill Jukovskiyə 3:2 hesabı ilə qalib gəlib. O, oktyabrın 23-də rusiyalı İvan Baybakovla üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 27-də başa çatacaq.
