U-17 boks millimiz Avropa çempionatını üçüncü yerdə başa vurub

14 Oktyabr 2026 16:06
80
U-17 boks millimiz Avropa çempionatını üçüncü yerdə başa vurub

Azərbaycanın 17 yaşadək oğlan boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında üçüncü yeri tutub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yığma buna bir qızıl, iki gümüş və iki bürünc medal qazanmaqla nail olub.

Millimiz oğlan və qızların ümumi komanda hesabında isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə iki qızıl, üç gümüş və üç bürünc medala yiyələnib.

Məhəmmədəli İstamov (57 kq), Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

İdman.Biz