Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib

12 Oktyabr 2026 19:55
124
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli olub.

İdman.Biz xəbər verir ki, vitse-prezident vəzifələrinə qurumun İdarə Heyəti sədrinin müavini Tural Mailov və Əməkdar məşqçi İlkin Ağayev seçiliblər.

Yeni rəhbərlik son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etməyi, peşəkar boksun inkişafını sürətləndirməyi və Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməyi hədəfləyir. Bu məqsədlə inkişaf strategiyasının hazırlanması və idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulur.

Əsas prioritetlər nüfuzlu boks təşkilatları və promouterlərlə əməkdaşlıq, perspektivli idmançıların dəstəklənməsi, onların beynəlxalq yarışlarda iştirak imkanlarının artırılması və Azərbaycanda dünya səviyyəli turnirlərin keçirilməsidir.

Federasiya gənc istedadların peşəkar karyeraya hazırlanması, özəl sektor və sponsorlarla əməkdaşlıq istiqamətində də layihələr həyata keçirməyi planlaşdırır.

İdman.Biz