Beş boksçumuz bu gün Avropa çempionatının finalına çıxacaq

11 Oktyabr 2026 12:31
123
Beş boksçumuz bu gün Avropa çempionatının finalına çıxacaq

Azərbaycanın beş boksçusu Monteneqronun Budva şəhərində keçirilən 17 yaşadək idmançılar arasında Avropa çempionatının finalında rinqə çıxacaq.

İdman.Biz xəbər verir ki, həlledici döyüşlər bu gün iki sessiyada keçiriləcək. Saat 15:00-da başlayacaq gündüz sessiyasında Azərbaycanın iki, 19:00-dakı axşam sessiyasında isə üç təmsilçisi mübarizə aparacaq.

Gündüz sessiyasında Cəmilə Muradlı (57 kiloqram) Almaniya təmsilçisi Aliya İbrahimlə, Səma Abbasova (66 kiloqram) isə Türkiyədən Ada Eybeylə qarşılaşacaq.

Axşam sessiyasında Həsrət Məmmədov (46 kiloqram) Rumıniyadan Kristi Kaşu ilə, İsmayıl Nəsirzadə (52 kiloqram) İngiltərə təmsilçisi Şaylo Makleodla, Məhəmmədəli İstamov (57 kiloqram) isə ingiltərəli Con Elamla üz-üzə gələcək.

Azərbaycan boksçularının bütün döyüşləri A rinqində olacaq.

İdman.Biz