Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə qatılacaq

16 Oktyabr 2026 17:47
116
Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə qatılacaq

Azərbaycan Türkiyənin Trabzon şəhərində keçiriləcək U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, turnirdə Hüseyn Rəhimli (40 kq), Hümbət Almazov (42 kq), Ələkbər Məmmədli (44 kq), Əlimədəd Qədirli (46 kq), Müslim Ələkbərov (48 kq), Niyaməddin Tağızadə (50 kq), Sənan Nəsibli (52 kq), Sadiq Xəlilov (54 kq), Yusif Əli (57 kq), Sunay Əzimov (60 kq), Nazim Qazıyev (63 kq), Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Həsən Lütfəliyev (75 kq), Fərhad Əhmədli (80 kq), Teymur Tanrıverdiyev (90 kq), Hüseyn Aydəmirli (+90 kq), Aişə Muradova (48 kq), Nuray Qafarova (50 kq), Veysilə Əliyeva (54 kq) və Gülay Ocaqova (57 kq) iştirak edəcəklər.

Qeyd edək ki, oktyabrın 18-dən 25-dək keçiriləcək yarışda Stanislav Krılovla Məsməxanım Səlimova hakimlik edəcəklər.

İdman.Biz