“Hakimlər yanlış qərar verdilər” - Nəbi İsgəndərovun İDMAN.BİZ-ə şərhi

10 İyul 2026 21:55
86
“Hakimlər yanlış qərar verdilər” - Nəbi İsgəndərovun İDMAN.BİZ-ə şərhi

“Döyüşdə hər şey istədiyimiz kimi alınmadı. Amma mən düşünürəm ki, dördüncü raunddan başqa digər raundlarda qalib gəlmişdim”.

Bu sözləri “İBA Çempionlar Gecəsi”nin iştirakçısı, boksçu Nəbi İsgəndərov İdman.Biz-in qarşılaşmanın nəticəsi barədə sualına cavab verərkən deyib.

İsgəndərovun “Sea Breeze Resort”da baş tutan tədbirdə rusiyalı Hikmət Qarayevlə qarşılaşması hakim qərarı ilə heç-heçəylə bitib.

“Aşkar üstünlük bizdə idi. Hakimlərin səhv, yanlış qərarı ilə döyüş bərabər bitirildi. Amma bu mənim üçün heç nəyi dəyişmir. Hamının gördüyü kimi, hakimlərində gördüyü kimi mən qələbə qazanmışam”, - İsgəndərov bildirib.

İdman.Biz