Sərxan Əliyev: “Hələ 5-6 raund da döyüşə bilərdim”

10 İyul 2026 21:23
62
Sərxan Əliyev: “Hələ 5-6 raund da döyüşə bilərdim”

“Rəqibim çox yüksək səviyyəli döyüşçü idi. Sırf peşəkar döyüşçü idi”.

İdman.Biz-in məlumatına görə, bu sözləri “İBA Çempionlar Gecəsi”nin iştirakçısı, boksçu Sərxan Əliyev deyib.

Sərxan Əliyev “Sea Breeze Resort”da baş tutan tədbirdə qazaxıstanlı Nurtas Ajbenova qalib gəlib.

“Bilirsiniz ki, peşəkarla həvəskar döyüşçü arasında böyük fərq var. Peşəkar döyüşlər daha çox dözüm tələb edir. Baş məşqçi və köməkçi məşqçilərlə birg\ yüksək səviyyəli məşqlər keçirdik. İnanıram ki, bundan sonra da 5-6 raunda döyüərdim, çünki döyüş səviyyəm çox yüksək idi. Özümü çox yaxşı hiss edirdim. Sırf millətimizin qarşısında döyüşmək əlavə motivasiya verirdi. Düşünürəm ki, bunun təsiri nəticəsində yorulmadım. Şükürlər olsun ki, döyüşdən qələbə ilə ayrıldım. Təşkilatçılara təşəkkür edirəm”, - Sərxan Əliyev bildirib.

İdman.Biz