Boksçularımız Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

10 İyul 2026 13:42
122
Boksçularımız Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın 19 yaşadək boksçuları iyulun 11-də Almaniyanın Frankfurt (Oder) şəhərində start götürəcək beynəlxalq turnirə qatılacaqlar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, U-19 komandasının baş məşqçisi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədov 4 gün davam edəcək yarışda Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov, Sübhan Babayev, Toğrul Quliyev (hər üçü 60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), Səftər Məmmədzadə və Məhəmməd Cəfərova (hər ikisi +90 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) etimad göstərib.

Azərbaycanı turnirdə həmçinin Elxan Quliyev hakim kimi təmsil edəcək.

İdman.Biz
Məqalədə: