Boks əfsanəsi Roy Cons Bakıda keçiriləcək gecənin qonağı olacaq

9 İyul 2026 12:26
113
Boks əfsanəsi Roy Cons Bakıda keçiriləcək gecənin qonağı olacaq

Boks dünyasının məşhur simalarından biri, dünya çempionu Roy Cons Bakıda keçiriləcək “IBA Çempionlar Gecəsi” tədbirində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, əfsanəvi boksçu “Sea Breeze Resort”da təşkil olunacaq gecənin xüsusi qonağı olacaq.

Bildirilib ki, dünya çempionumuz Sübhan Məmmədov məhz Roy Consun müşayiəti ilə rinqə çıxacaq. Boks tarixinin ən böyük idmançılarından sayılan Roy Cons azarkeşlər üçün xüsusi sürpriz də hazırlayıb.

“IBA Çempionlar Gecəsi” iyulun 10-da saat 19:00-da “Sea Breeze Resort”da keçiriləcək.

İdman.Biz