Tszyudannın rəqibi barədə açıqlaması hər kəsi təəccübləndirdi

5 Aprel 2026 12:17
396
Tszyudannın rəqibi barədə açıqlaması hər kəsi təəccübləndirdi

Avstraliyada Tim Tszyu və Denis Nurca arasında reytinq döyüşü baş tutub.

İdman.Biz xəbər verir ki, qarşılaşma tam 12 raund davam edib və avstraliyalı boksçunun hakimlərin yekdil qərarı ilə qələbəsi ilə başa çatıb. Döyüşün yekunlarına əsasən, Tszyu orta çəki dərəcəsində “WBO International” titulunu qazanıb.

Matçdan sonra Tszyu çıxışını dəyərləndirərkən rəqibinin heyrətamiz dözümlülüyünü xüsusi vurğulayıb:

“Mən döyüşü yenidən izləməliyəm. Amma səmimi desəm, rəqib çox sərt idi. Zəmanət verirəm ki, əgər mən Toni Harrisonu bu cür döysəydim, o, artıq nokauta düşmüşdü”.

Bu qarşılaşmaya qədər Denis Nurca karyerası ərzində məğlubedilməz boksçu statusunu qoruyub saxlayırdı.

İdman.Biz