Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin açılış mərasimi keçirilib🥊
Tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca çıxış edən Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov yarışın əhəmiyyətindən danışıb, turnirə güclü komandaların qatıldığını deyib.
Ardınca yarışın bolqarıstanlı supervayzeri Svetoslav Sapoundjiyev Təşkilat Komitəsinə minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıblar.
Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.
17:14
Bakıda “Böyük İpək Yolu” beynəlxalq boks turniri başlayıb. Turnirdə ölkəmizi 43 idmançı təmsil edir.
İdman.Biz xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışda Azərbaycanla yanaşı Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparır.
Turnirdə 14 dəst medal (10 kişi, 4 qadın çəki dərəcəsi) uğrunda ümumilikdə 126 boksçu qüvvəsini sınayır. Azərbaycan komandası kişilərin yarışında 37, qadınların mübarizəsində isə 6 idmançı ilə təmsil olunur.
Turnirin qalibləri aprelin 7-də müəyyənləşəcək.
Qeyd edək ki, yarışa Bolqarıstandan Svetoslav Sapounciyev supervayzer, Azərbaycandan isə Anar Babanlı baş hakim kimi nəzarət edir. Görüşləri Azərbaycanla yanaşı Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan hakimlər idarə edirlər.
