Keniyalı boksçu rinqdəki debüt çıxışından sonra vəfat edib - FOTO

3 Aprel 2026 19:45
168
Keniyalı boksçu rinqdəki debüt çıxışından sonra vəfat edib

Keniyalı boksçu Ceykob Oyoko peşəkar debütündə Culius Okuruçinin çoxsaylı yumruqlarına qarşı özünü müdafiə edə bilmədikdən sonra xəstəxanada vəfat edib.

İdman.Biz bildirir ki, bu barədə Keniya Peşəkar Boks Komissiyası (KPBC) məlumat verib.

Döyüş 28 martda baş tutub və hakim tərəfindən ikinci raundda dayandırılıb. Okuruçiyə qələbə texniki nokautla verilib. Lakin döyüşdən dərhal sonra Oyoko halsızlıq və nəfəs almaqda çətinlik çəkdiyindən şikayətlənib, bundan sonra huşunu itirib və xəstəxanaya yerləşdirilib.

Qeyd etmək lazımdır ki, döyüşdə iştirak etməyə razılıq verməzdən əvvəl keniyalı boksçu özəl təhlükəsizlik şirkətində işləmək üçün məşq edirdi.

İdman.Biz