Üç çəki dərəcəsində məğlubedilməz keçmiş mütləq dünya çempionu, amerikalı Terens Krouford bütün karyerası boyu döyüşmək istədiyi boksçudan danışıb.
İdman.Biz bildirir ki, bu, əfsanəvi filippinli Menni Pakyaodur.
"Əlbəttə ki, Pakyao. 1000%. Mən çoxdandır ki, Pakyao ilə döyüşmək istəyirdim və illərdir ki, bu döyüşü istəmişəm. Menninin Broner, Bredli, Turman və bütün bu oğlanlarla döyüşdüyünü görəndə düşünürdüm ki, “nə baş verir? Bu oğlanlar mənim səviyyəmdə deyillər və Pakyao onlarla döyüşür”. Mən bir səviyyə üstün idim, o isə onlarla döyüşürdü. Sadəcə bunu başa düşə bilmirdim”, - “Boxing News” Kroufordun sözlərini sitat gətirir.
